Aİ Rusiya kömürünə qarşı sanksiyaları yumşaldır | Banco.az

Aİ Rusiya kömürünə qarşı sanksiyaları yumşaldır

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı direktivini yeniləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, yeni direktivdə Aİ sanksiyalarının digər ölkələrin ərzaq və enerji təhlükəsizliyinə təsir etməsinə yol verilməyəcəyi bildirilib.

Bu səbəbdən əvvəlki sanksiya siyahısında olan bəzi malların üçüncü ölkələrə ötürülməsinə icazə verilməsinin zəruriliyinin vurğulandığı direktivdə həmçinin qeyd edilib ki, gübrə, heyvan yemi, ağac, sement, kömür və əlaqədar məhsullar Aİ şirkətləri tərəfindən və ya Aİ ərazisindən tranzitlə keçməklə üçüncü ölkələrə göndərilə bilər.

Direktivdə Aİ şirkətləri tərəfindən maliyyə və sığorta kimi xidmətlərin təklif oluna biləcəyinə də diqqət çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avropa İttifaqı bu ilin aprel ayında Rusiyadan kömürün alınmasını, idxalını və ya Aİ ölkələrinə çatdırılmasını qadağan edən beşinci sanksiyalar paketini qəbul etmişdi. Yeni direktivlə isə Aİ-nin Rusiyaya qarşı kömür sanksiyalarının əhatə dairəsi yüngülləşdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et