Müəllif - Aida İsaq, Banco.az
Aİ bəzi şirkətlərin 5G şəbəkəsindən istifadəsinə qadağa qoya bilər.
Banco.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, bu addım Çinin “Huawei” şirkətinə də təsir edəcək. Məlumata görə, Brüssel üç il əvvəl böyük riskli təchizatçıların iri texnologiya layihələrindən kənarlaşdırılmasını tövsiyə edib. Lakin ölkələrin yalnız üçdə biri müvafiq qadağaları tətbiq edib. Aİ-nin mövqeyinə görə, Almaniya kimi ayrı-ayrı dövlətlər problemə lazımi diqqət yetirmirlər.
Daxili bazar üzrə Avropa komissarı Thierri Bretonun sözlərinə görə, bu, assosiasiyanın kollektiv təhlükəsizliyini pozur.
Bizi sosial şəbəkələrdən izləyin!!