Aİ qazın qiymət həddinin endirilməsini müzakirə edir | Banco.az

Aİ qazın qiymət həddinin endirilməsini müzakirə edir

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı üzvləri arasında qazın qiymət həddinin azaldılması müzakirə olunur.

Banco.az xəbər verir ki, Avropadaxili enerji bazarında qazın qiymət səviyyəsinin MVt/saat üçün 275 avrodan 188 avroya endirilməsi təklif olunur. Bu təşəbbüs cari ildə Aİ Şurasına sədrlik edən Çexiya hökumətinə məxsusdur. 

Çexiya tərəfinin təklif etdiyi plan dekabrın 19-da keçiriləcək toplantıda Aİ ölkələrinin energetika nazirləri tərəfindən müzakirə olunacaq. Hollandiyanın TTF mərkəzində aylıq və ya illik müqavilələrin üç gün ərzində MVt/saat üçün 188 avro həddini aşdığı təqdirdə qaz bazarına nəzarət mexanizminin işə düşəcəyi gözlənilir. Eyni zamanda bu səviyyədən yuxarı qiymətlərlə əməliyyatların icrasına icazə verilməyəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et