Müəllif - Aida İsaq, Banco.az
Polşanın Rusiya neftinin qiymətinin iki dəfə azaldılması təklifi Aİ ölkələrinin birliyinə mənfi təsir göstərə bilər.
Banco.az xəbər verir ki, bunu avropalı nümayəndə bildirib. Diplomat "Vladimir Putinə birliyimizi göstərməli olduğumuz zaman gəlib çatıb" deyə qeyd edib.
Qeyd edək ki, Aİ-də Rusiya neftinin qiymət limitinin müzakirəsi davam edir.
Daha öncə "Bloomberg" bu məsələ ilə bağlı danışıqların ortaq nöqtəyə gəlib çıxa bilmədiyini vurğulamışdı. Agentliyin məlumatına görə, Polşa və Baltikyanı ölkələr Avropa Komissiyasının təklif etdiyi 65-70 dollar/barel həddini “səxavətli addım” adlandırıb. Yanacaq daşınmasında aktiv iştirakçı mövqeyində olan Yunanıstan və Malta isə bu limitlə razılaşmır.
İtaliyanın ətraf mühit və energetika naziri Gilberto Pichetto-Fratin Aİ ölkələri arasında qazın qiymətinin yuxarı həddi ilə bağlı razılaşma Aİ-nin energetika nazirlərinin dekabrın 13-nə planlaşdırılan növbəti iclasında əldə oluna biləcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!