Aİ öz şirkətlərini ABŞ-dakı inflyasiya qanunlarından qorumağa çalışır | Banco.az

Aİ öz şirkətlərini ABŞ-dakı inflyasiya qanunlarından qorumağa çalışır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ-ın inflyasiyanı azaltmaq üçün hazırladığı geniş subsidiyalar və vergi tənzimləmələrini özündə əks etdirən qanun çərçivəsində şirkətləri üçün istisnalar tələb edir.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Görüşündən sonra keçirilən mətbuat konfransında çıxış ediblər.

Zirvə Görüşündə ABŞ ilə əlaqələrə dair uzun və strateji müzakirələr aparıldığına diqqət çəkən Mişel bir çox sahədə ABŞ-ın etibarlı və sadiq müttəfiqi olmaqda qərarlı olduqlarını bildirib.

Aİ və ABŞ-ın Ukrayna, təhlükəsizlik, demokratik dəyərlər və iqlim dəyişikliyi kimi müxtəlif sahələrdə əməkdaşlıq etdiyini xatırladan sədr ikitərəfli münasibətləri daha da inkişaf etdirmək istədiklərini vurğulayıb.

O qeyd edib ki, görüşdə ABŞ-ın inflyasiyanı azaltmaq üçün hazırladığı qanunu geniş şəkildə qiymətləndirib belə qənaətə gəliblər ki, Avropa şirkətləri üçün sözügedən qanundan müəyyən istisnalar verilməsi ilə bağlı ABŞ ilə danışıqlar aparmaq lazımdır.

Kanada və Meksikanın sözügedən qanundan azad olduğunu xatırladan Mişel, "Avropa işgüzar dairələrinin maraqlarını qorumaq üçün ABŞ ilə aktiv dialoq qurmağa qərarlıyıq", deyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram