Aİ ölkələrinin qaz qiymətlərinə məhdudiyyət tətbiq etməsi nə vəd edir? | Banco.az

Aİ ölkələrinin qaz qiymətlərinə məhdudiyyət tətbiq etməsi nə vəd edir?

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı ölkələrinin qaz qiymətlərinə məhdudiyyət tətbiq etməsi treyderlər üçün əlavə 33 milyard dollar zərərə başa gələcək.

Banco.az xəbər verir ki, Brüsselin Avropanın əsas qaz qovşağında qiymətləri məhdudlaşdırmaq planı həyata keçirildiyi təqdirdə, enerji ticarətçiləri marja ödənişləri üçün əlavə 33 milyard dollar ödəməli olacaq. Xüsusilə, Hollandiyanın TTF qaz mərkəzinə ümid bəsləyən istehsalçılar və treyderlər əməliyyatları sığortalamaq üçün nəzərdə tutulan ödənişlərdə 80% artımla qarşılaşa bilər.

ICE prosedurların bu formada davam edəcəyi halda bazarda sabitliyin pozulacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bundan öncə "Financial Times" Avropa Komissiyasının təklif etdiyi qaz qiymətləri üçün 275 avro (indiki məzənnə ilə min kubmetr üçün təxminən üç min dollar) həddinin qəbul ediləcəyi ehtimalının az olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et