Aİ ölkələrinin elmi-tədqiqat və inkişaf xərcləri 352 milyard avroya çatıb | Banco.az

Aİ ölkələrinin elmi-tədqiqat və inkişaf xərcləri 352 milyard avroya çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrin elmi-tədqiqat və inkişaf xərcləri (AR-GE) 352 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) İttifaqa üzv olan 27 ölkənin 2022-ci il üçün elmi-tədqiqat və inkişaf xərclərinə dair məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ üzv ölkələrinin 2021-ci ildə 331 milyard avro səviyyəsində olan AR-GE xərcləri 2022-ci ildə 352 milyard avroya çatıb. Bu da, sözügedən dövrlərdə Avropa ölkələrinin müvafiq xərclərinin 6,34 faiz artması deməkdir.

Bununla yanaşı, qeyd olunub ki, Aİ ölkələri 2022-ci ildə ümumi daxili məhsulunun (ÜDM) orta hesabla 2,22 faizini AR-GE-yə xərcləyib.

Sözügedən dövrdə elmi-tədqiqat və inkişaf xərclərinin 66 faizi özəl sektor, 22 faizi ali təhsil müəssisələri, 11 faizi dövlət qurumları, 1 faizi isə qeyri-kommersiya təşkilatları tərəfindən həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Aİ üzv ölkələri arasında 2022-ci ildə elmi-tədqiqat və inkişaf xərclərinin ÜDM-ə nisbəti ən yüksək ölkə 3,44 faizilə Belçika olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et