Aİ ölkələri yeni maliyyə qaydalarını müəyyən edib | Banco.az

Aİ ölkələri yeni maliyyə qaydalarını müəyyən edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

27 Avropa İttifaqı (Aİ) ölkəsinin maliyyə nazirləri Brüsseldə razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası 27 üzv ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirilən iclasının yekununda bəyanat yayıb.

Bəyanatda xatırladılıb ki, Aİ razılaşmaları çərçivəsində üzv ölkələr iqtisadi və fiskal siyasətləri ortaq bir məsələ kimi görürlər və onları koordinasiya edəcəklər.

Bəyanatda üzv dövlətlərin fiskal çərçivənin islahatı ilə bağlı əsas istiqamətləri qəbul etdiyinə diqqət çəkilərək vurğulanıb ki, Aİ sazişlərində üzv ölkələrin büdcə kəsirləri ÜDM-nin 3 faizini, dövlət borcları isə ÜDM-nin 60 faizini keçməzsə, istinad dəyərləri dəyişdirilməyəcək. Yeni iqtisadi idarəetmə çərçivəsi bu istinad dəyərlərinə daha effektiv, səmərəli və davamlı uyğunluğu təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et