Aİ ölkələri yanvarda Azərbaycandan neft məhsullarının idxalını 83 dəfə artırıb | Banco.az

Aİ ölkələri yanvarda Azərbaycandan neft məhsullarının idxalını 83 dəfə artırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar ayında Azərbaycandan təxminən 19,7 min ton neft məhsulları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 83 dəfə çoxdur.

Banco.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata görə, tədarüklər 42 dəfə artaraq təxminən 11,3 milyon avroya çatıb.

İdxalda əsas pay Yunanıstandan olub ki, yanvarda Azərbaycandan təqribən 10,5 milyon avro dəyərində 18,7 min ton neft məhsulları tədarük edilib.

Qeyd edək ki,2023-cü ildə Aİ ölkələri, Azərbaycandan neft məhsullarının idxalını 2022-ci illə müqayisədə 17,4 dəfə artıraraq, təxminən 306,9 min tona çatdırıb. Dəyər baxımından idxal 12,3 dəfə artaraq təxminən 186,5 milyon avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et