Aİ ölkələri enerji istehlakını azaldacaq | Banco.az

Aİ ölkələri enerji istehlakını azaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər İttifaq daxilində yekun enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıblar.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsinə dair danışıqlarda razılıq əldə edildiyini bildirib.

Bu razılığa müvafiq olaraq, 2030-cu ilə qədər Aİ daxilində yekun enerji istehlakı 11,7 faiz azalacaq.

Yekun enerji istehlakı limiti üzv dövlətlər üçün kollektiv şəkildə məcburi olacaq.

Qeyd edək ki, yekun enerji istehlakı üçün illik enerjiyə qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Üzv ölkələr bu müddət ərzində yekun enerji istehlakında hər il orta hesabla 1,49 faiz qənaət edəcəklər. İllik qənaət dərəcəsi isə 2030-cu ilin sonuna qədər 1,9 faizə çatacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et