Müəllif: Mehin Qasımova/Banco.az
Avropa İttifaqına (Aİ) üzv ölkələr iqlim dəyişikliyi ilə mübarizə və Rusiyanın qalıq yanacaqlarından asılılığı azaltmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadə hədəfini 32 faizdən 42,5 faizə qaldırıb.
Banco.az xəbər verir ki, Aİ Şurası üzv ölkələrin bərpa olunan enerji tənzimləməsinin yenilənməsini təsdiqlədiyini açıqlayıb.
Müvafiq olaraq, 2030-cu ilə qədər külək və günəş kimi müxtəlif bərpa olunan mənbələrin Aİ-nin ümumi enerji istehlakında payı 42,5 faizə yüksələcək.
Sənaye bərpa olunan enerjidən istifadəni hər il 1,6 faiz artırmalı olacaq.
Nəqliyyat sektorunda təmiz yanacağın payı artırılacaq və tullantılar azalacaq.
Binalarda bərpa olunan enerjinin payının 2030-cu ildə ən azı 49 faiz olması hədəflənəcək. Bərpa olunan enerji layihələri üçün icazə prosedurları sürətləndiriləcək. Avropa Parlamenti (AP) tərəfindən təsdiq edilən tənzimləmə Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Bu tənzimləmədən əvvəl AB-nin bərpa olunan enerji hədəfi 2030-cu il üçün 32 faiz olaraq təyin edilmişdi.
Son vaxtlar Aİ ölkələrinin ümumi enerji istehlakında bərpa olunan mənbələrin payı 22 faiz civarındadır.
Bu tənzimləmə Avropa Yaşıl Sazişində iqlim hədəflərinə cavab vermək və Rusiyadan enerji asılılığını azaltmaq üçün hazırlanmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!