Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel üzv ölkələrin bu ilin ilk yarısında 380 milyard avro enerji idxal etdiyini bildirib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Mişel “Aİ-nin indi əsl Enerji İttifaqına ehtiyacı var” başlıqlı məqalə yazıb.
Rusiya prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibə ilə Avropaya "enerji raketi" atdığını bildirən sədr Putinin Avropa iqtisadiyyatını məhv etmək, cəmiyyətini zəiflətmək və mənəviyyatsızlaşdırmaq istədiyini bildirib.
O, həmçinin Avropadakı ev təsərrüfatlarının və şirkətlərin son dərəcə yüksək enerji xərcləri ilə üzləşdiyini xatırladaraq, "2022-ci ilin birinci yarısında Aİ-nin enerji idxalı təxminən 380 milyard avro təşkil edib. Bu, bizim adətən bir il üçün ödədiyimiz məbləğə yaxındır", deyə əlavə edib.
Mişel Aİ ölkələrinin enerji sahəsində ticarət kəsirinin bu il iki dəfə artaraq ÜDM-in təxminən 5 faizini təşkil edəcəyini proqnozlaşdırdıqlarını da qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!