Aİ nümayəndələri Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilməyib | Banco.az

Aİ nümayəndələri Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilməyib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqının (Aİ) əksər ölkələri Rusiya neftinin bir barel üçün qiymətinin 65-70 dollar səviyyəsində olmasına razılıq verib. Lakin Polşa 30 dollardan yuxarı qiymət səviyyəsinin müəyyən olunmasının tərəfdarı olduğunu bildirib.

Banco.az xəbər verir ki, Aİ ölkələrinin nümayəndələrinin uzun-uzadı davam edən qiymət müzakirələri nəticəsiz qalıb. Bununla yanaşı, Polşa tərəfinin təqdim etdiyi qiymət təklifini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməsi yekun qərarın verilməsini gecikdirib.

Ümumilikdə Polşa və Baltikyanı ölkələr Avropa Komissiyasının (AK) bir barel üçün 65 dollar qiymət təklifinə razılaşmaqdan imtina ediblər. Onlar AK-nin bu qərarını Moskva üçün “çox səxavətli addım" adlandırıblar.

Yunanıstan və Malta da daxil olmaqla, gəmiçilik sektoru inkişaf etmiş bir sıra ölkələr isə Rusiya yanacağının qiymətinin bir barel üçün 70 dollardan aşağı düşməsinə maraqlı deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram