Aİ-nin Suriya ilə bağlı qərarı: Sanksiyalar ləğv edildi | Banco.az

Aİ-nin Suriya ilə bağlı qərarı: Sanksiyalar ləğv edildi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın ardınca Avropa Birliyi də Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani qərarın Suriyada təhlükəsizlik və sabitliyə dəstək verəcəyini bildirib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısının ardından sosial media hesabında “Bu gün Suriyaya qarşı tətbiq etdiyimiz iqtisadi sanksiyaları ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın qurulmasına kömək etmək istəyirik”,- deyib.

Avropa İttifaqının bu qərarı ABŞ prezidenti Donald Trampın keçən həftə Vaşinqtonun Suriyaya qarşı sanksiyaları ləğv etdiyini elan etməsindən sonra verilib.