Müəllif - Aida İsaq, Banco.az
Martın ilk 19 günündə Rusiyadan dizel yanacağının tədarükü sutkada təxminən 1,5 milyon barrelə çatıb.
Banco.az xəbər verir ki, bu barədə məlumat yayan “Bloomberg”ə görə, martda Rusiyadan dizel ixracı rekord həddə çata bilər. Rusiyadan ixrac olunan yanacağın böyük hissəsi Türkiyə, Mərakeş, Braziliya, Səudiyyə Ərəbistanı və Tunisə göndərilir. Bununla yanaşı, üzən anbarlarda Rusiya dizel yanacağının miqdarında əhəmiyyətli artım müşahidə olunur. “Commodity Markets Analytics” müstəqil agentliyinin direktoru Mixail Turukalovun sözlərinə görə isə, böyük endirimlərin təklif edilməsi fonunda Rusiya istehsalçıları məhsullarını xarici alıcılara sata biləcəklərindən əmindir.
Bizi sosial şəbəkələrdən izləyin!!