Aİ-nin rus neft məhsullarının idxalına embarqosu bu tarixdən başlayır | Banco.az

Aİ-nin rus neft məhsullarının idxalına embarqosu bu tarixdən başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının Rusiyadan neft məhsullarının idxalına qadağası 2 gün sonra qüvvəyə minəcək.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dizel və maye yanacaq kimi müxtəlif neft emalı neft məhsullarının idxalına qadağası fevralın 5-dən qüvvəyə minəcək.

Sanksiya çərçivəsində Aİ və G7 ölkələrinə məxsus gəmilərin Rusiya mənşəli dizel, kerosin və maye yanacaq kimi müxtəlif neft məhsullarını daşıması qadağan ediləcək.

Bundan əlavə, Qərb şirkətləri Rusiya neftayırma zavodu daşıyıcılarına sığorta, maliyyələşdirmə və broker kimi müxtəlif xidmətlər də təklif edə bilməyəcək.

Qeyd edək ki, Aİ və G7 həmçinin Rusiyanın emal olunmuş neft məhsullarının üçüncü ölkələrə ixracına da məhdudiyyətlər qoymağa hazırlaşır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram