Aİ-nin elektrik enerjisi istehsalında yaşıl mənbələr qalıq yanacaqları üstələyib | Banco.az

Aİ-nin elektrik enerjisi istehsalında yaşıl mənbələr qalıq yanacaqları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı qalıq yanacaqları üstələyib.

Banco.az xəbər verir ki, Londonda yerləşən enerji analitik mərkəzi “Ember”in analizlərinə görə, Avropa İttifaqında (Aİ) hökm sürən enerji böhranına baxmayaraq, 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər olan qış mövsümündə elektrik enerjisi istehsalında qalıq yanacaqların payı azalıb.

Aİ-yə üzv ölkələrdə "böhran qışı" adlandırılan bu dövrdə elektrik enerjisinə tələbatın 7 faiz azalması da öz növbəsində qalıq yanacaqlardan elektrik enerjisi istehsalının əvvəlki qışa nisbətən 12 faiz azalmasına gətirib çıxarıb.

Bu dövrdə kömürdən elektrik enerjisi istehsalı 11 faiz, qazdan elektrik enerjisi istehsalı isə 13 faiz azalıb. Sözügedən dövrdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə 4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, Aİ-nin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı ilk dəfə olaraq qalıq yanacaqları ötərək 40 faizə çatıb. Qalıq yanacaqların payı 37 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et