Aİ-nin Aralıq dənizi ölkələri enerji böhranını birlikdə həll etməyə çağrılıb | Banco.az

Aİ-nin Aralıq dənizi ölkələri enerji böhranını birlikdə həll etməyə çağrılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aralıq dənizi sahilində yerləşən Avropa İttifaqı (Aİ) ölkələri enerji məsələlərində əməkdaşlığa çağrılıb.

Banco.az xəbər verir ki, İspaniyanın ev sahibliyi etdiyi və Aralıq dənizində sahili olan 9 Avropa İttifaqı (Aİ) ölkəsinin liderlərinin iştirak etdiyi Avro-Aralıq dənizi Zirvə Görüşündə (EU-MED9) Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranı ilə mübarizə aparmaq üçün birgə hərəkət etmək tövsiyə olunub.

İspaniyanın Alikante şəhərində keçirilən görüşdən sonra İspaniya, İtaliya, Fransa, Yunanıstan, Portuqaliya, Xorvatiya, Kipr, Malta və Sloveniyanın dövlət və ya hökumət başçıları birgə bəyanatla çıxış ediblər.

İspaniyanın Baş naziri Pedro Sançes çıxışında Avro-Aralıq dənizi regionuna daxil olan 9 ölkənin Aİ-nin ümumi əhalisinin 45 faizini təşkil etdiyini xatırladaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu iqtisadi problemləri və enerji böhranını həll etmək cəhdlərində Aİ daxilində daha böyük rol oynamalıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

“Biz Aralıq dənizi ölkələri olaraq Avropanın gündəmini təyin edə bilərik”, deyə vurğulayan nazir yeni enerji əlaqələrinin gücləndirilməli və enerji asılılığının minimuma endirilməli olduğunu söyləyib.

Qeyd edək ki, görüşdə həmçinin Avropa Komissiyasının təbii qazın meqavat/saatına 275 avro qiymət həddi müəyyən edilməsinə dair təklifi və yeni maliyyə qaydaları da müzakirə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et