Aİ-nin 7 üzvü “yaşıl sənaye üçün yeni fond”un əleyhinədir | Banco.az

Aİ-nin 7 üzvü “yaşıl sənaye üçün yeni fond”un əleyhinədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv olan 7 ölkə yeni yaşıl sənaye fondunun yaradılmasını istəmir.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan 7 ölkə ABŞ-ın subsidiyaların da daxil edildiyi inflyasiyanın azaldılması qanununa qarşı Avropada yaşıl sənayeni dəstəkləmək üçün yeni fondun yaradılması planına etiraz edib.

Çexiya, Danimarka, Finlandiya, Avstriya, İrlandiya, Estoniya və Slovakiyanın ticarət nazirləri Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisə birgə imzalanmış məktub göndəriblər.

Məktubda ABŞ-ın dezinflyasiya qanununa əsasən yaşıl subsidiyalara cavab olaraq Aİ səviyyəsində heç bir daimi və ya məqsədsiz subsidiyaların verilməməsinə diqqət çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, fevralın 9-10-da Brüsseldə keçiriləcək liderlər görüşündə bu məsələ də müzakirə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et