"Aİ-ni yeni tənəzzül təhlükəsi gözləyir" | Banco.az

"Aİ-ni yeni tənəzzül təhlükəsi gözləyir"

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı bu ilin əvvəlində iqtisadiyyatda tənəzzülün qarşısını almağa nail olsalar da, hazırda regionu yeni tənəzzül təhlükəsi gözləyir. 

Banco.az xəbər verir ki, “Bloomberg”in bu barədə məlumatına görə, bu, Avropa hökumətlərinin Rusiya qazının tədarükündən asılılıqdan xilas olmaq üçün mübarizəsinə dair irimiqyaslı xərcləri ilə bağlıdır. Məlumata görə, enerji və ərzaq qiymətləri istisna olmaqla, Avrozonanın əsas inflyasiyası fevral ayında rekord həddə (5,6%) çatıb. Avropa Mərkəzi Bankı bu vəziyyətə uyğunlaşmaq üçün dərəcələri rekord 4%-lik səviyyəyə qaldırmağa hazırlaşır. Ancaq bildirilir ki, bu strategiya özünəməxsus riskli nəticələrə səbəb ola bilər. Eyni zamanda, əsas faiz dərəcəsinin dəfələrlə artırılması, əksinə, kreditlərin dəyərini daha da çoxaldır. Bu isə Avropa hökumətləri üçün kəskinləşən enerji böhranından qorunmağa dair iqtisadi yardım proqramını maliyyələşdirməyin çətinləşəcəyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram