Aİ Moldovadan Rusiyaya qarşı sanksiyaları genişləndirməyi tələb edib | Banco.az

Aİ Moldovadan Rusiyaya qarşı sanksiyaları genişləndirməyi tələb edib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqına üzv olmağa çalışan Moldovadan Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi tələb edilib.

Banco.az xəbər verir ki, bu barədə Aİ-nin Kişinyovdakı daimi nümayəndə heyətinin rəhbəri Yanis Mazeiks məlumat verib. Onun sözlərinə görə, sanksiyalar olduqca diqqət cəlb edən məsələdir. Moldovanın müvafiq məhdudiyyətlərə qoşula bilməməsi barədə səbəblərin məlum olduğunu qeyd edən nümayəndə həmçinin sanksiyaların Avropaya aid bir dəyər olduğunu vurğulayıb. Beləliklə, müvafiq məsələyə mütləq formada diqqət yetirləcəyini bildirib. Eyni zamanda Moldovanın dəyərlərə sadiq olduğunu və ona görə də “Sanksiyalara qoşulmaq respublikanın Aİ dəyərlərinə qoşulması deməkdir” deyə fikirlərini yekunlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et