Aİ meşələrin qırılmasına səbəb olan məhsulların idxalına qadağa qoyub | Banco.az

Aİ meşələrin qırılmasına səbəb olan məhsulların idxalına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa bazarlarında satılan məhsulların meşələrin qırılmasına səbəb olmaması təmin ediləcək.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və Avropa Yaşıl Saziş çərçivəsində meşələrin qırılmasının azaldılması məqsədilə hazırlanan qanun layihəsi üzrə razılıq əldə edildiyini açıqlayıb.

Yəni, Avropa İttifaqı (Aİ) ölkələri meşə sahələrinə ziyan vurmaqla istehsal olunan soya, mal əti, palma yağı, ağac, kakao və qəhvə kimi müxtəlif məhsulları idxal etməmək barədə razılığa gəliblər.

Sözügedən məhsulları Aİ bazarına tədarük edənlərin məsələyə lazımi diqqəti göstərməlini təmin etmək üçün ciddi qaydalar tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq 2020-ci ildən sonra meşələrin qırılmasına məruz qalmayan torpaqlarda istehsal olunan məhsulların Aİ bazarına daxil olmasına icazə veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et