Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı (Aİ) 2022-ci ilin yanvar-oktyabr aylarında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü artırıb. Banco.az xəbər verir ki, məqsəd Rusiyadan gələn qazı bu yolla əvəz etməkdir.
Beləliklə, Aİ-yə daxil olan 27 ölkəyə qlobal tədarük 105 milyard kubmetr təşkil edib. 2021-ci ilin eyni dövründə isə bu rəqəm 64 milyard kubmetr səviyyəsində olub. Ötən il ərzində Aİ ölkələri 78,1 milyard kubmetr qaz alıb. Eyni zamanda, cari ilin yekunu satınalma həcmlərinə görə LNG-nin digər əsas istehlakçısı olan Çinin göstəricilərini üstələyib.
Analitik Laura Peyc 2022-ci ilin sonuna qədər Avropaya maye qaz tədarükünün təxminən 123 milyard kubmetr təşkil edəcəyini proqnozlaşdırıb. Skoltech də oxşar proqnozla həcmin təxminən 125 milyard kubmetr olacağını bildirib. Onun sözlərinə görə, Aİ-də qaz istehlakının 18 faizi LNG-nin hesabına təmin olunubsa, cari ildə bu göstərici 35 faizə yüksələcək.
Bizi sosial şəbəkələrdən izləyin!!