Müəllif:Ayşən İmanova/Banco.az
Aİ münaqişənin gərginləşməsi fonunda Livana 30 milyon avro məbləğində əlavə humanitar yardım göstərəcək.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
“Hizbullah və İsrail arasında münaqişənin gərginləşməsi fonunda , Avropa Komissiyası bu gün Livanda ən çox ehtiyacı olanlara kömək etmək üçün əlavə 30 milyon avroluq humanitar yardım elan edir”, – deyə məlumatda bildirilib.
AK əlavə edib ki, ümumilikdə 2024-cü ildə Aİ Livana 104 milyon avro məbləğində humanitar yardım ayırıb.