Aİ liderləri inflyasiyadan narahatdırlar | Banco.az

Aİ liderləri inflyasiyadan narahatdırlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri iqtisadi artımın yavaşladığını və inflyasiyanın əsas narahatlıq doğurduğunu bildiriblər.

Banco.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyaları davam edərkən sammitin yekun bəyannaməsinin iqtisadi hissəsi jurnalistlərə çatdırılıb.

Görüşdə iqtisadi və maliyyə vəziyyətinin müzakirə olunduğu bildirilən bəyanatda deyilir:

“İqtisadiyyatlarımız bir çox sarsıntılar qarşısında dayanıqlıdır və daha yavaş tempdə olsa da, böyüməyə davam edir. İnflyasiya əsas narahatlıq olaraq qalır. İnflyasiyanın azalmasının davam etməsi böyük əhəmiyyət kəsb edir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram