Aİ liderləri bank sektorunu davamlı hesab edirlər | Banco.az

Aİ liderləri bank sektorunu davamlı hesab edirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ liderləri ittifaqın bank sektorunun kapital və likvidlik mövqelərinin güclü olduğunu və böhranlara tab gətirəcəyini açıqlayıblar.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən “Avro Sammiti” adlı Aİ Liderlər Sammitinin ikinci gün sessiyasında bank sektorunda baş verən son hadisələr qiymətləndirilib.

İclasın sonunda açıqlanan zirvə bəyanatında liderlərin iqtisadi və maliyyə vəziyyəti müzakirə etdiyinə diqqət çəkilərək, yüksək inflyasiya və enerji qiymətlərinə baxmayaraq, iqtisadiyyatların 2023-cü ilə gözləniləndən daha güclü bir şəkildə daxil olduğu bildirilib.

Bəyanatda güclü maliyyə strukturunun davamlı investisiyaların cəlb edilməsinə, innovasiyaların və məşğulluğun dəstəklənməsinə, yaşıl və rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin vurğulanıb ki, Banklar ittifaqı Aİ bank sisteminin dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et