Aİ Liderlər Sammitinin gündəm mövzuları bəlli olub | Banco.az

Aİ Liderlər Sammitinin gündəm mövzuları bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Brüsseldə toplanan Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri iqtisadiyyat və rəqabət qabiliyyəti kimi mövzuları müzakirə ediblər.

Banco.az xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.

Sammitin açılışında çıxış edən Avropa Şurasının sədri Çarlz Mişel “Avropanın daha çox investisiyaya ehtiyacı var” sözlərini dilə gətirib. Liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkən Mişel bəzi ölkələrin birgə borclanmanın tərəfdarı, bəzilərinin isə əleyhinə olduğunu bildirib.

O vurğulayıb ki, Aİ daxilində kapital bazarları birliyinin yaradılması və Avropa İnvestisiya Bankının strateji sektorlarda investisiya potensialının artırılması üçün konkret təkliflər müzakirə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Sammitdə Aİ-nin iqtisadi rəqabət qabiliyyətinin artırılmasına diqqət yetiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et