Aİ kriptovalyuta istehsalına qadağa qoymağa çağırır | Banco.az

Aİ kriptovalyuta istehsalına qadağa qoymağa çağırır

Avropa Qiymətli Kağızlar və Bazarlar Təşkilatının (ESMA) vitse-prezidenti Erik Thedeen bildirib ki, Bitcoin kimi irihəcmli enerji tələb edən kriptovalyuta istehsalı Avropa İttifaqında (Aİ) qadağan edilməlidir.

Thedeen Financial Times-a bildirib ki, kriptovalyutalar daha səmərəli texnologiyalara doğru hərəkət etməlidir.

Kriptovalyuta istehsalında “iş sübutu” modelinin yüksək enerji istehlak etdiyini qeyd edən Thedeen, “Həll işin sübutunu qadağan etməkdir” ifadəsindən istifadə edib.

Thedeen, sözügedən modelin yerinə “proof-of-stake” alqoritmlərinin istifadə oluna biləcəyini və bu modelin enerji sərfiyyatının çox aşağı olduğunu açıqlayıb

Kembric Universitetinin araşdırmasına görə, bitkoin istehsalı qlobal elektrik enerjisinin mində 6-nı istehlak edir.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et