Aİ iqtisadiyyatı 2022-ci ilin son rübündə kiçilib | Banco.az

Aİ iqtisadiyyatı 2022-ci ilin son rübündə kiçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2022-ci ilin son rübü üzrə Aİ və Avrozonanın artım templəri ilə bağlı məlumatları yeniləyib.

Buna görə, Aİ-də mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM göstəricisi 2022-ci ilin dördüncü rübündə əvvəlki rübə görə 0,1 faiz azalarkən, əvvəlki ilin eyni dövrünə görə isə 1,7 faiz artıb.

Qeyd edək ki, Avrostat-ın əvvəlki məlumatlarında Aİ iqtisadiyyatının dördüncü rübdə əvvəlki rüblə müqayisədə sabit qaldığı, Avrozonada isə 0,1 faiz artım reallaşdığı bildirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə yenilənmiş məlumatlarla dördüncü rübdə Aİ və Avrozonanın artım templəri aşağıya doğru yenidən nəzərdən keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et