Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus pandemiyasının təsiri ilə bu il bölgə iqtisadiyyatının 8,3% kiçiləcəyini, gələn il isə 5,8% böyüyəcəyini proqnozlaşdırır.

Bu barədə Komissiyanın "2020 Yay İqtisadi Proqnozları" adlı hesabatında bildirilir. 

Sənədə əsasən, bu il Aİ ölkələri arasında Almaniyada 6,3%, Fransada 10,6%, İtaliyada 11,2%, İspaniyada isə 10,9% iqtisadi azalma gözlənilir. 

Bundan başqa, hesabatda deyilir ki, bu il Aİ-də illik inflyasiya 0,6%, avrozonada isə 0,3% təşkil edəcək. 

“Pandemiya Avropa iqtisadiyyatına gözləniləndən daha ağır təsir etdi. Proses hələ də qeyri-müəyyənliklərlə doludur və risklər davam edir” - deyə Aİ-nin İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram