Aİ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz alıcısına çevriləcək | Banco.az

Aİ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz alıcısına çevriləcək

​Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri 2022-ci ilin sonunda Asiyanın ən böyük istehlakçıları ilə müqayisədə daha çox mayeləşdirilmiş təbii qaz (LNG) əldə ediblər.

Banco.az xəbər verir ki, bu sıraya Yaponiya, Çin və Cənubi Koreya da daxildir. Son 12 ayda Avropa ölkələri ümumilikdə 101 milyon ton yanacaq əldə edib. İdxalda isə 2021-ci illə müqayisədə 58% artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin sonunda qlobal LNG idxalının 24%-i Aİ-nin, 17%-i Yaponiyanın, 15%-i Çinin, 11%-i isə Cənubi Koreyanın payına düşüb. Ötən il Avropa ölkələrinin əldə etdiyi LNG-nin həcmi 137 milyard kubmetr təbii qaza bərabər olub. Bu rəqəm 2021-ci ildə regiona Rusiyanın yanacaq tədarükünün həcmi (təxminən 140 milyard kubmetr) ilə müqayisə olunacaq səviyyədədir. Bununla yanaşı, beynəlxalq sanksiyalar Moskvanın Aİ-yə qaz ixracını kəskin şəkildə azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et