Aİ dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı danışıqları sürətləndirir | Banco.az

Aİ dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı danışıqları sürətləndirir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yeddilik Qrupu (G7) ölkələrinin nümayəndələri  dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazıb.

Nəşr bildirir ki, buna səbəb Aİ-nin Ukraynaya  hələ də 50 milyard avronun ayrılması məsələsində qərara gələ bilməməsidir. İddia olunur ki, bu şərtlər daxilində Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsi  Ukraynada alternativ maliyyə mənbəyinə çevrilə bilər.

Bu məqsədlə hazırlanmış G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə deyilir ki,  G7-nin üzvləri Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini ələ keçirə bilər.

Bir müddət əvvək  Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxışı zamanı bildirmişdi ki, Rusiyaya məxsus vəsaitlərin ələ keçirilməsinin hər hansı qanuni yolu tapıla bilər.
Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”.

Ən sərfəli kredit üçün müraciət et

Nazirin sözlərinə görə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.

Qeyd edək ki, Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği hazırda 207 milyard avro təşkil edir. Dondurulmuş aktivlərin istiqrazlar üzrə illik gəliri 2,6 faiz həcmində qiymətləndirilir.

Bloomberg agentliyi yazır ki, Rusiyalı milyarderlər sanksiya şəraitində ən azı 50 milyard dollar məbləğində aktivlərini Avropa ölkələrindən çıxarıblar.

Buna baxmayaraq, Rusiyanın ən böyük xammal və texnologiya şirkətlərindən bəziləri gübrə istehsalçısı “EuroChem” və kənd təsərrüfatı şirkəti “Rusaqro” hələ də Avropada qeydiyyatdadır.

Ən sərfəli krediti almaq üçün müraciət et