Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının (Aİ) külək və günəşdən elektrik enerjisi istehsalının rekord həddə çatması ilə Rusiya-Ukrayna müharibəsi zamanı 11 milyard avroluq təbii qaz xərcindən azad olduğu, bu dövrdə qalıq qaz idxalına 82 milyard avro sərf etdiyi hesablanıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Londonda yerləşən "E3G" və "Ember" analitik mərkəzlərinin təhlilinə görə, keçən ilin mart-sentyabr dövründə Avropa İttifaqının elektrik enerjisi istehsalının 21 faizini külək və günəş enerjisi təşkil etdiyi halda, bu ilin eyni dövründə 24 faizini təşkil edib və sözügedən mənbələrdən 345 teravat/saat elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 teravat/saat həcmində rekord artım deməkdir.
Qeyd edək ki, İspaniyada elektrik enerjisi istehsalının 35 faizini, İtaliyada 20 faizini, Polşada 17 faizini və Fransada 14 faizini külək və günəş enerjisi təmin edib ki, bunlar da rekord göstəricilər kimi nəzərə alınıb.
Eyni dövrdə Aİ-də qalıq qaz idxalına isə 82 milyard avro xərcləndiyi hesablanıb. Bu dövrdə elektrik enerjisi istehsalında təbii qazın payı 20 faiz təşkil etmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!