Aİ-də koronavirusa görə yeni avtomobillərin satışı kəskin azalıb | Banco.az

Aİ-də koronavirusa görə yeni avtomobillərin satışı kəskin azalıb

Bu ilin yanvar-aprel aylarında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı 38,5% azalaraq 2,75 mln. ədədə enib.

Aprel ayında bu göstərici illik ifadədə 4,2 dəfə azalıb.

“Belə bir azalma ilk dəfə pandemiya səbəbindən baş verib. İtaliya və İspaniya koronavirusdan ən çox əziyyət çəkən ölkələr olub və bu, bütövlükdə iqtisadiyyata və avtomobillərin satışına mənfi təsir edib”, - Birliyin məlumatında deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, aprel ayında İtaliyada yeni avtomobillərin qeydiyyatı 41 dəfə, İspaniyada isə 28,7 dəfə azalıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et