Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının (Aİ) istixana qazı emissiyaları 2025-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) dərc etdiyi hesabatına görə, Aİ iqtisadiyyatının istixana qazı emissiyaları 2025-ci ilin ilk rübündə 900 milyon ton karbon ekvivalenti ilə ötən ilin ilk rübü ilə müqayisədə 3,4% artıb. Bu, 2021-ci ilin son rübündən bəri müşahidə olunan ən yüksək artım nisbəti olub.
İllik emissiya artımında ən böyük paya sahib olan iki sektor — 13,6% ilə elektrik, qaz, buxar və havalandırma sistemləri, eləcə də 5,6% ilə əhali (hane halkı) sektoru olub. Digər üç sektor isə bu dövrdə istixana qazı emissiyalarını azaldıb. Bu sektorlar — 0,2% azalma ilə emal sənayesi, 2,9% azalma ilə nəqliyyat və anbar təsərrüfatı, 1,4% azalma ilə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq olub.
İstixana qazı emissiyaları 7 Aİ ölkəsində azalıb
İlin ilk rübündə Aİ-yə üzv 20 ölkədə istixana qazı emissiyaları artıb, 7 ölkədə isə azalıb.
İllik əsasda emissiyaları ən çox azalan ölkələr — 6,2% ilə Malta, 4,4% ilə Finlandiya və 4,3% ilə Danimarka olub.
Altı Aİ ölkəsində isə istixana qazı emissiyaları 5%-dən çox artıb. Bu ölkələr — Bolqarıstan, Çexiya, Kipr, Polşa, Macarıstan və Yunanıstandır.
Bizi sosial şəbəkələrdən izləyin!!