Aİ-də elektriklə işləyən avtomobillərin bazar payı dizeli keçib | Banco.az

Aİ-də elektriklə işləyən avtomobillərin bazar payı dizeli keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Avropa İttifaqında (Aİ) ümumi avtomobil satışı 10,5 milyona çatıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Aİ avtomobil bazarı ötən il 2022-ci ilə görə 13,9 faiz artım qeyd edərək ili 10,5 milyon satışla başa vurub.

ACEA-dan əldə olunan məlumata görə, Aİ-də benzinlə işləyən avtomobillər 2023-cü ildə 35,3 faiz bazar payı ilə liderliyini qoruyub saxlasa da, 2022-ci ildəki 36,4 faiz bazar payı ilə müqayisədə cüzi azalma müşahidə olunub.

2023-cü ildə dizel avtomobil satışı 1,4 milyon ədədə çatıb və bazar payı 2022-ci ildəki 16,4 faizdən 13,6 faizə düşüb.

Tamamilə elektrikli avtomobil satışlarına baxsaq, 2023-cü ildə elektrikli avtomobillər üçüncü ən populyar seçim oldu. Tam elektriklə işləyən avtomobillərin payı da 14,6 faizə çatmaqla 13,6 faizlə sabit qalan dizeli ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram