"Avropa İttifaqı ölkələri Azərbaycanla ticarət əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır".
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.
“Ticarəti inkişaf etdirmək, Avropa İttifaqında daha çox Azərbaycan məhsullarını görmək istərdik. Ümidvaram ki, yeni sazişin imzalanması bu məsələyə təkan verəcək” – deyən diplomatın sözlərinə görə, Aİ Azərbaycanda rəqəmsal iqtisadiyyat, orta və kiçik sahibkarlıq, “ağıllı şəhər” konsepsiyası, kənd təsərrüfatı kimi sahələrdə müxtəlif təşəbbüslərin həyata keçirilməsini dəstəkləyir.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!