Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Çinli tibbi avadanlıq istehsalçılarının 5 milyon avrodan yuxarı olan dövlət satınalma müqavilələrinə çıxışını məhdudlaşdıracaq.
Banco.az xəbər verir ki, “Bloomberg”ə danışan Aİ rəsmisinin bildirdiyinə görə, bu addım Çinli şirkətlərin dövlət xərcələrinin təxminən 60 faizini, yəni təxminən 150 milyard avroluq bir hissəni əhatə edəcək.
Bundan əlavə, Aİ Çin mənşəli uğurlu tenderlərdə istifadə olunan komponent və materialların mənşə payı 50 faizdən çox olduqda, bu cür təkliflərə icazə verməyəcək.
“Bloomberg”in mənbələrinə əsasən, bu məhdudiyyət Aİ şirkətlərinin Çində üzləşdiyi qeyri-bərabər şəraiti kompensasiya etməyi hədəfləyir və dövlət satınalmaları bazarlarında qarşılıqlılığı təşviq etmək məqsədilə 2022-ci ildə qəbul edilmiş “Beynəlxalq Təchizat Aləti”nin ilk tətbiqi olaraq tarixə düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!