Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, buna səbəb şirkətlərin Ukraynada müharibə əməliyyatları keçirən Rusiyanı hərbi texnika ilə təmin etməsinə dair şübhələr olub. Bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, sanksiyalar siyahısına Rusiyaya avadanlıq tədarük etdiyi məlum olan 7 Çin şirkəti daxil edilib. Onlar arasında “3HC Semiconductors”, “King-Pai Technology”, “Sinno Electronics”, “Sigma Technology” şirkətləri yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!