Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Frankfurt şəhərində çirkli pulların yuyulması ilə mübarizə orqanı yaradacaq.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Almaniyanın Frankfurt şəhərində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün yeni bir qurum yaratmaq qərarına gəlib.
Bu barədə Aİ-nin Dövrlü Sədri Belçikanın rəsmi sosial media hesabında xəbər verilib.
Bildirilib ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə üzv dövlətlər və Avropa Parlamenti (AP) arasında danışıqları aparılmış yeni qurumun Frankfurtda yerləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Xəbərdə Avropanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Təşkilatının Aİ-də qeyri-qanuni maliyyə fəaliyyətlərinə qarşı mübarizədə əsas rol oynayacağı vurğulanaraq yeni qurumun 2025-ci ilin ortalarında 400-dən çox işçi heyəti ilə fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.
Yeni qurum maliyyə sektorunda öhdəlik daşıyan qurumlar üzərində birbaşa nəzarət səlahiyyətinə malik olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!