Müəllif - Aida İsaq, Banco.az
Aİ Moldovaya növbəti maliyyə dəstəyini ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü Ziqfrid Mureşan bildirib. Beləliklə, AP Moldovaya 145 milyon avro məbləğində makromaliyyə yardımının lehinə səs verib. Bununla yanaşı, parlamentari həmçinin Kişinyovda hakimiyyətə dəstəyin davam etdirilməsi və artırılmasının zəruriliyini qeyd edib.
Z.Mureşanın sözlərinə görə, yardım paketi 45 milyon avro qrant və 100 milyon avro kreditdən ibarətdir. Vəsaitin birinci hissəsinin bu ilin üçüncü rübündə, ikinci hissəsinin isə dördüncü rübdə olmaqla iki tranşla göndəriləcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!