Aİ bu ölkələrdən qaz tədarükünü məhdudlaşdırmağı təklif edib | Banco.az

Aİ bu ölkələrdən qaz tədarükünü məhdudlaşdırmağı təklif edib

Müəllif - Aida İsaq, Banco.az 

Aİ ölkələrinə Rusiya və Belarusdan qaz tədarükünü məhdudlaşdırmaq təklif olunub.

Banco.az xəbər verir ki, bu barədə Aİ-nin enerji şurasının iclasından sonra Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib. Onun sözlərinə görə, Avropa artıq Rusiyanın qaz tədarükündən asılı olmayacaq. Bundan əvvəl Aİ-yə üzv ölkələr qaz istehlakında könüllü azalma müddətinin 15% uzadılmasını təsdiqləyiblər. Sənəd Aİ-nin energetika nazirləri şurası tərəfindən qəbul edilib.

Qeyd edək ki, Avropa Komissiyasının məlumatına görə, 2022-ci ilin avqustundan 2023-cü ilin yanvarına qədər Aİ ölkələri qaz istehlakını son beş ildə orta istehlak səviyyəsi ilə müqayisədə 19% azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram