Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı taxıl sazişi çərçivəsində “Rosselxozbank”a qarşı sanksiyaların tətbiqinin dayandırılması və onun SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulması imkanlarını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə Aİ xarici işlər xidmətinin nümayəndəsi Piter Stano bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı adı çəkilən bankın ölkədə kənd təsərrüfatı və ərzaqla bağlı əməliyyatlardakı rolunu və onun SWIFT-dən ayrılması fonunda yaranmış çətinliklərlə bağlı iddialarını lazımi formada dəyərləndirib.
O, həmçinin Avropa İttifaqının qərarlarına əlavə olunan istənilən düzəlişin şuraya üzv olan ölkələr tərəfindən yekdilliklə qəbul edilməli olduğunu qeyd edib. P.Stano kifayət qədər sayda ödəniş vasitələrinin hazırda əlçatan olduğunu vurğulayıb. Çünki Rusiya banklarının əksəriyyəti sanksiyalara məruz qalmayıb. SWIFT-dən, o cümlədən Qazprombank kimi iri maliyyə institutlarından ayrılmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!