Aİ bir ilə Rusiya qazının istehlakını əhəmiyyətli dərəcədə azaldıb | Banco.az

Aİ bir ilə Rusiya qazının istehlakını əhəmiyyətli dərəcədə azaldıb

Avropa İttifaqının Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina planı digər ölkələrdən qaz idxalını, həmçinin bərpa olunan enerjinin payının artırılmasını nəzərdə tutur.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ 2030-cu il üçün bərpa olunan enerjinin payını 45%-ə çatdırmaq istəyir. Eyni zamanda, ümumi enerji istehlakının 13% azaldılması nəzərdə tutulur.

Ursula fon der Leyen qeyd edib ki, bir il ərzində (2021-ci ilin aprelindən 2022-ci ilin aprelinə qədər) Avropa İttifaqı Rusiya qazının istehlakını 40%-dən 26%-ə endirməyə nail olub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et