Aİ bərpa olunan enerji hədəfini artırmaq qərarı verib | Banco.az

Aİ bərpa olunan enerji hədəfini artırmaq qərarı verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) bərpa olunan enerji hədəfini artırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda bərpa olunan enerjinin tənzimlənməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Müvafiq olaraq, külək və günəş kimi müxtəlif bərpa olunan mənbələrin Aİ-nin ümumi enerji istehlakında payı 2030-cu ilə qədər 42,5 faizə çatdırılacaq. Bu hədəfi 45 faizə çatdırmaq da mümkün seçimlər arasındadır.

Xatırladaq ki, hazırda Aİ-nin 2030-cu il üçün bərpa olunan enerji hədəfi 32 faiz təşkil edir. Yeni razılaşma ilə bu faiz artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Son məlumatlara görə, Aİ ölkələrinin ümumi enerji istehlakında bərpa olunan mənbələrin payı 22 faiz təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et