Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələri 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışını qadağan edən qanunu təsdiqləyib.
Banco.az xəbər verir ki, Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını sıfıra endiriləcəklər.
Bununla da, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli, karbon emissiyasına malik yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək.
Bundan əlavə, 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi avtomobillər üçün 55 faiz, yük maşınları üçün isə 50 faiz olacaq.
Qeyd edək ki, qanun bu mərhələdən sonra Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!