Aİ bankların böhranla bağlı qaydalarını yeniləməyə hazırlaşır | Banco.az

Aİ bankların böhranla bağlı qaydalarını yeniləməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ problemli kiçik və orta bankların maliyyələşdirilməsi üçün vergi ödəyicilərinin ödəmələri əvəzinə əmanətlərin sığortalanmasının istifadəsinə dair tənzimləmə təklif edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası bank islahatları çərçivəsində bankların böhran idarəçiliyi və əmanətlərin sığortalanması çərçivəsini gücləndirmək üçün yeni tənzimləmə təklifini açıqlayıb.

Müvafiq olaraq, böhran vəziyyətlərində Aİ-də kiçik və orta bankların əmanətlərə zəmanət proqramlarında resursların istifadəsi asanlaşdırılacaq. Beləliklə, sözügedən bank əmanətçiləri qorunmaqla yanaşı, böhranın digər banklara da yayılmasının, cəmiyyətə və iqtisadiyyata mənfi təsirlərinin qarşısı alınacaq.

Vergi ödəyiciləri depozitlərə zəmanət proqramları və həlledici fondlar kimi bank sektoru tərəfindən maliyyələşdirilən tədbirlərin təşviq edilməsi ilə daha yaxşı müdafiə olunacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Həll prosesində olan banklar daxili zərərləri ödəmək imkanlarını tükəndiyi təqdirdə, əmanətlərə zəmanət proqramlarında olan resurslardan istifadə edə biləcəklər.

Əmanət zəmanəti proqramı tənzimləməsinə daxil olan əmanətçi və bank başına 100 min avroluq zəmanət səviyyəsi Aİ-dəki bütün əmanətçilər üçün etibarlı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et