Aİ Avropa Sülh Fondunun həcmini 2,2 milyard avro artırıb | Banco.az

Aİ Avropa Sülh Fondunun həcmini 2,2 milyard avro artırıb

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı Ukraynaya silah tədarükünün maliyyələşdiyi Avropa Sülh Fondunun həcmini 2,2 milyard avro artırıb.

Banco.az xəbər verir ki, ötən ilin dekabrında Aİ-nin xarici işlər nazirləri fondun həcmini 2 milyard avro artırmaq barədə razılığa gəlib. Aİ Şurasının qərarı ilə bu qərar 2023-cü ilin mart ayının əvvəlində təsdiqlənib.

Avropa Sülh Fondu 2021-ci ilin martında münaqişələrin qarşısını almaq və beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün yaradılmışdır. İlkin olaraq 2021-2027-ci illər üçün fonda 5,7 milyard avroya yaxın vəsaitin ayrılması planlaşdırılırdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram