Aİ aviasiyada davamlı yanacaq istifadəsini artıracaq | Banco.az

Aİ aviasiyada davamlı yanacaq istifadəsini artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Şurası üzv dövlətlər və Avropa Parlamenti (AP) arasında müzakirə edilən və aviasiya sektorunu iqlim hədəflərinə uyğun olaraq karbonsuzlaşdırmağı hədəfləyən tənzimləmə ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, yeni tənzimləməyə əsasən, üzv ölkələrin aviasiya sektorunda bərabər şərtlərlə rəqabət mühiti təmin ediləcək və dayanıqlı aviasiya yanacaqlarına tələb və təklif artırılacaq.

Hava nəqliyyatı Aİ-nin 2030 və 2050-ci il iqlim hədəflərinə uyğunlaşdırılarkən, Avropanın hava limanlarında mövcud dayanıqlı aviasiya yanacaqlarının payı tədricən artırılacaq.

2025-ci ildə aviasiya yanacaqlarının 2 faizi, 2030-cu ildə 6 faizi, 2050-ci ildə isə artıq 70 faizi davamlı aviasiya yanacaqlarından təmin edilməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən yanacaqların bir qismi bərpa olunan enerji mənbələrindən və atmosferdən alınan karbondan istifadə etməklə istehsal olunan sintetik yanacaqlar olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et