Aİ ABŞ-dan idxal edilən məhsullara qarşı tədbir görəcək | Banco.az

Aİ ABŞ-dan idxal edilən məhsullara qarşı tədbir görəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ-ın gömrük rüsumlarına cavab olaraq ekvivalent miqdarda məhsula qarşı tədbirlər görəcək.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ABŞ-ın 12 mart tarixindən etibarən qüvvədə olan polad və alüminium gömrük rüsumlarına cavab olaraq 1 aprel tarixindən etibarən ABŞ-dan idxal edilən məhsullara qarşı tədbir görəcək.

Avropa Komissiyasının açıqlamasına görə, ABŞ-ın gömrük rüsumlarından təsirlənən məhsullara ekvivalent olaraq, dəyəri 28 milyard dollara bərabər olan ABŞ məhsullarına qarşı tədbirlər tətbiq ediləcək.

Açıqlamada Avropa Komissiyasının ticarət mübahisəsinin həlli üçün danışıqlara açıq olduğu bildirilib.

ABŞ-ın bütün idxal polad və alüminium məhsullarına tətbiq etdiyi 25 faiz əlavə gömrük rüsumu əvvəlki istisnaların qüvvədə olma müddətinin başa çatması ilə bu gündən etibarən qüvvəyə minib. Bu gömrük rüsumu yalnız xam məhsulları deyil, həm də polad və alüminiumdan hazırlanan yüzlərlə məhsulu əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram